Kurumsal
Hakkımızda

  Gülşən Mahmudəli qızı Xıdırzadə, AzMİU-nin memarlıq fakültəsinin 1995-ci il məzunudur. Əsas sənəti ilə yanaşı  elmi iş və tətbiqi sənətlə də məşğul olur. Bitkiləri, çiçəkləri çox sevən memar, onlarla işlədiyi zaman, əldə etdiyi hər uğurlu nəticədən mənəvi ruh yüksəkliyi və pozetiv enerji alır. Yapon mədəniyyətinin ayrılmaz hissəsi olan İkebana sənəti ilə yaxından maraqlanan Gülşən  Xıdırzadə yaratdığı kompozisiyalarda bu sənəti tətbiq edir. Canlı dibçək bitkilərinin xarakterik xüsusiyyətlərini nəzərə alaraq,  onlardan maraqlı kompozisiyalar yaratmaq mümkünlüyünü işlərində göstərməyə çalışır.


   Təbii, süni və həm də dibçək bitkilərindən yığılmış kompozisiyalar sevdiyiniz şəxsə təqdim etmək üçün əla hədiyyədir.  Seçilmış kompozisiyalar  vasitəsilə qarşıdakı insana aşıladığınız dərin hörmət, mehribanlıq, sevgi kimi ən ülvi hissləri çatdırmaq olar. Bunlarla yanaşı sevimli körpələr üçün yumuşaq oyuncaq və konfetlərdən hazırlanmış buket floristika və hədiyyələr aləmində çox dəbli istiqamətdir. Hədiyyələri müxtəlif tədbirlər, yaxud konkret şəxsə təqdim etmək üçün, hər zövqə uyğun  istənilən tematikada hazırlamaq mümkündür.

FLORART

Tel : +994505203883 - Fax :
Tüm Hakları Saklıdır © 2015
Powered by .NET